“Volın”dan ayrılan futbolçu: "Azərbaycandan təklif gəlsə..."

14:15 9 Fevral 2015

“Azərbaycan və Qazaxıstandan təklif gəlsə, fikirləşərəm. Verəcəyim cavab ilk növbədə təklifin hansı komandanın olmasından asılıdı.”

Sportarena.az xəbər verir ki, bu sözləri Ukraynanın “Volın” klubunun sabiq futbolçusu Sergey Siminin deyib.

5 il şərəfini qoruduğu Lutsk təmsilçisindən ayrılan 28 yaşlı müdafiəçi klub axtarışına çıxıb.

Kapitanı olduğu “Volın”dan ayrılandan sonra əksər həmyerliləri kimi Azərbaycan və Qazaxıstan klublarına yollanması gündəmə gələn Sergey yalnız iddialı komandaya keçəcəyini açıqlayıb: “Məni heyətində görmək istəyən mükafatlar uğrunda mübarizə aparan klubdusa, niyə də keçməyim? Zəif, yaşamaq uğrunda mübarizə aparan komandaya isə keçməyin heç bir mənası yoxdu”.

Qeyd edək ki, ötən ay müqaviləsi başa çatan müdafiəçi azad agent statusuna malikdi.

 


Digər xəbərlər

Xəbər xətti