"Real Madrid" İngiltərədən hücumçu alır

19:48 9 Fevral 2015

"Real Madrid" ingilis hücumçu Harri Keynə diqqətini yönəldib. 

Sportarena.az xəbər verir ki, "kral klubu" 21 yaşlı forvardı mövsümün sonunda transfer etmək niyyətindədir. Keyn Avropanın bir neçə klubunun da maraq dairəsindədir.

Qeyd edək ki, gənc hücumçu "Tottenham"in bu mövsümdə ən yaxşı bombardiridir. O, cari mövsümdə 20 oyuna çıxıb və 12 qol vurub.

 


Xəbər xətti