Kloze daha bir il yaşıl meydanlarda olacaq

23:57 9 Fevral 2015

"Latzio"nun hücumçusu Miroslav Kloze İtaliya A Seriyasının 22-ci turunda "Genoa"ya qarşı matçda iştirak edəcək.

Sportarena.az xəbər verir ki, 36 yaşlı futbolçu, böyük ehtimalla, karyerasını mövsümün sonunda başa vurmayacaq. Alman forvard daha bir il Roma təmsilçisində qalacaq.

Qeyd edək ki, Kloze bu mövsüm 5 qol və 3 məhsuldar ötürmənin müəllifi olub.


Digər xəbərlər

Xəbər xətti