Qardaşlar 100 milyondan imtina etdilər: "Anamıza söz vermişik"

11:21 10 Fevral 2015

Məşhur boksçular Vitali və Vladimir Kliçko 100 milyon dollardan imtina ediblər. 
 

Sportarena.az xəbər verir ki, dünya şöhrətli promouter Don Kinq Kliçko qardaşlarına birlikdə rinqə çıxmağı təklif edib və bu qarşıdurmanı 100 milyon dollar məbləğində dəyərləndirib: 

“Əminəm ki, siz tarixə düşəcəksiz və mən sizi həddindən artıq zəngin edə bilərəm”. Lakin, hər iki qardaş bu təklifdən imtina ediblər və Vladimir bildirib:

“Bizə bu cür təkliflər çox olub, lakin biz anamıza söz vermişik ki, heç vaxt bir-birimizlə döyüşməyəcəyik. O, yalnız bu şərtlə bizim boksla məşqul olmağımıza razılıq verib. Həmçinin, heç bir məbləğ bu qərara təsir göstərə bilməz. Bundan əlavə, mən Vitalinin xətrini çox istəyirəm, ona görə də heç bir qarşıdurma haqqında söhbət belə ola bilməz”.


Xəbər xətti