SENSASSİYA: Məşhur futbol klubu 1 avroya satıldı

19:00 10 Fevral 2015

İtaliyanın köklü klublarından olan “Parma” çətin günlərini yaşamaqdadı.

Sportarena.az xəbər verir ki, Antonio Kassano da daxil olmaqla, tanınmış futbolçuların tərk etdiyi klubda acı reallıq ortaya çıxıb.

Belə ki, qısa zamanda sahibi dəyişilən “Parma”nın satış qiyməti bilinib. Məlum olub ki, Parma təmsilçisi Mapi qrupuna sadəcə 1 avro qarşılığında satılıb. Klubun yeni prezidenti isə Campietro Manenti olub.

Qeyd edək ki, əsası 1913-cü ildə qoyulan “Parma” son vaxtlar maliyyə sıxıntısı ilə üzləşib. Komanda A seriyasının cari mövsümündə 21 turdan sonra aktivinə cəmi 9 xal yazdırıb.

 


Xəbər xətti