Pepe "Kordoba"ya keçə bilər

12:11 11 Fevral 2015

"Bayer Münhen"in qapıçısı Pepe Reyna mövsümün sonunda klubunu dəyişə bilər. 

Sportarena.az xəbər verir ki, ispan qapıçı vətənində "Kordoba"nın formasını geyə bilər. Bunun üçün Andalusia təmsilçisi ilk öncə Primeroda yerini qorumalıdır. Hazırda klub 22 turdan 18 xal toplamaqla autsayderlər qrupunda qərarlaşıb.

Qeyd edək ki, Pepe Reynanın atası Migel Reyna vaxtilə "Kordoba"da çıxış edib.

 


Digər xəbərlər

Xəbər xətti