"Neftçi" azarkeşlərindən ədəbsizlik: Stadionda söyüş söydülər

16:50 11 Fevral 2015

Hal-hazırda davam edən “Neftçi” – “Xəzər-Lənkəran görüşündə maraqlı anlar yaşanmaqda davam edir.

Sportarena.az xəbər verir ki, meydana Lənkəran azarkeşlərinin buraxılması qadağan olunan oyunda meydan sahiblərinin tərəfdarları qonaq komandaya təhqiramiz şüarlar səsləndirirlər.

“Neftçi” azarkeşləri qonaqları “şərəfsiz” adlandırmaqla yanaşı, digər təhqirlərə də yol veriblər.

Qeyd edək ki, oyunda ilk hissə bitib və hesab açılmayıb.


Xəbər xətti