Qurban Qurbanov: "Çox vacib üç xal qazandıq"

17:54 11 Fevral 2015

 Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ” səfərdə AZAL üzərində 1-0 hesablı qələbə qazandı. Bu qələbədən sonra “Qarabağ” turnir cədvəlindəki liderliyini daha da möhkəmləndirdi.   

Sportaren.az xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov oyun haqqında fikirlərini bölüşüb:

“Bu gün canlı şahidi olduq ki, AZAL son iki oyunda təsadüfdən qələbə qazanmayıb. AZAL çox döyüşkən komandadır və bizə çətinlik yaratdı. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Əgər bir xal qazansaydıq belə, bundan razı qalacaqdım. Tərlan yaxşı komanda formalaşdırıb. Çox arzulayıram ki, AZAL ən azından avrokuboklarda iştirak etsin”. 

 


Xəbər xətti