“Azərbaycanla oyun bizim üçün faydalı olacaq”

11:00 12 Fevral 2015

“Azərbaycanda kiçik təlim-məşq toplanışı keçirib, 2 yoxlama matçında qüvvəmizi sınamaq təklifini Valentin Qranatkinin xatirəsinə həsr olunan turnir zamanı aldıq. Biz də AFFA-nın bu təklifini qəbul etdik”.

Sportaren.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Mixail Qalaktionov deyib.

O, fevralın 14-21-də Bakıda keçiriləcək təlim-məşq toplanışı və Azərbaycan yığması ilə baş tutacaq yoxlama oyunlarından danışıb: “Bu toplanış bizim üçün Avropa çempionatının elit mərhələsinə hazırlığın son hissəsi olacaq. Azərbaycanla qarşıdakı görüşlər bizim üçün komandamız haqda məlumat toplamaq baxımından faydalı olacağını gözləyirik. Burada oyunçularımıza onların qarşısına qoyulan tələbləri xatırladacağıq. Həm də komanda oyunu baxımından irəliləyişə nail olmaq istəyirik.

Qeyd edək ki, Azərbaycan və Rusiya milliləri arasında ilk oyun fevralın 18-də, ikinci qarşılaşma isə 20-də keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti