Millinin Antalya toplanışını kimlər izləyəcək?

14:10 12 Fevral 2015

Azərbaycan milli komandasının Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışını Məşqçilər Komitəsi üzvlərindən Böyükağa Hacıyev izləyəcək.

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə komitə sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, B.Hacıyev Antalyaya yığma ilə birgə yola düşəcək və bir həftə boyunca hazırlıq prosesini müşahidə edəcək. Komitənin digər üzvlərinə gəldikdə, Şahin Diniyev 21 yaşadək, Ağasəlim Mircavadov 16 yaşadək futbolçulardan ibarət yığmanın Antalya toplanışında yer alacaq. Hər 3 komandanın iştirakı ilə hazırlıq prosesi fevralın 20-də başlanacaq. Şakir Qəribov isə 19 yaşadək millinin fevralın 16-dan Finlandiyada başlanacaq bir həftəlik toplanışını izləyəcək.

V.Sadıqov özünün səfərə yollanmamasının səbəbini belə izah edib: "Hazırda bizim üçün ən vacib vəzifə 17 yaşadək futbolçulardan ibarət yığmamızın 17 - 22 martda Bakıda keçiriləcək Avropa çempionatının elit-raundunda iştirakı ilə bağlıdır. Bu komanda fevralın 18-də və 20-də Bakıda rusiyalı həmyaşıdları ilə iki yoxlama matçı keçirəcək. Mən məhz bu oyunları və yığmamızın hazırlıq prosesini izləmək üçün Bakıda qalacağam".

Qeyd edək ki, Böyükağa Hacıyev Məşqçilər Şurası üzvlərinin tərkibində ötən ay Azərbaycan komandalarının Antalya toplanışını izləməyə getməyib.


Xəbər xətti