"Xəzər-Lənkəran"ın əsas və əvəzedici heyətləri üz-üzə

15:46 12 Fevral 2015

Daha öncə də xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 21-ci turunda “Xəzər-Lənkəran” komandası istirahət edəcək.

Klubdan Sportarena.az-a verilən məlumata görə, 22-ci turda “Qəbələ” ilə qarşılaşmaya hazırlaşacaq  lənkəranlılar boş oturmaq niyyətində deyil. Böyük ehtimalla əsas və əvəzedici komandalar yoxlama görüşündə özlərini sınayacaqlar.

Qeyd edək ki, 21-ci turun bütün oyunları fevralın 15-də keçiriləcək. 


Xəbər xətti