“Turkish Airlines” loqotipi “Atletiko”nun köynəklərində Azərbaycan reklamını əvəz edə bilər

16:05 12 Fevral 2015

Dünyaca məşhur “Turkish Airlines” şirkəti madridli “Atletiko”nun yeni titul sponsoru ola bilər.

Sportarena.az xəbər verir ki, ispan klubunun rəhbərliyi bu günlərdə İstanbulda əməkdaşlıq məsələlərinin müzakirəsini aparır. Türk şirkəti “Atletiko”nun sponsorluğuna əsas namizədlərdən biridir.

Məlum olduğu kimi indi madridlilərin titul sponsoru Azərbaycandır, “Atletiko”nun oyunçularının köynəklərini “AzerbaijanLandofFire” yazısı bəzəyirdi. Keçən həftə bu yazını “Avropa oyunları - 2015” reklamı əvəz edib.

Azərbaycan tərəfi ilə sazişin müddəti bu mövsüm başa çatır. Bu günlərdə əməkdaşlığın vaxtının uzadılmasına dair müzakirə üçün “Atletiko” nümayəndəsinin Bakıya səfəri gözlənilir.

 


Digər xəbərlər

Xəbər xətti