Millinin baş məşqçisi ilə müqavilə uzadıldı

16:32 12 Fevral 2015

Fransa Futbol Federasiyası milli komandanın baş məşqçisi ilə müqavilənin müddətini artırıb.
 

Sportarena.az xəbər verir ki, Didye Deşam 2018-ci ilədək yığmanın "sükanı arxasında" olacaq.

Federasiya prezidenti Noel Qraet bu gün keçirilən mətbuat konfransında sözləşmənin müddətini uzatmalarının səbəbini açıqlayıb: "Stabillik önəmlidir. Didye Deşam Rusiyada keçiriləcək DÇ-2018-ə qədər millidə qalacaq. hamımız ona inanırıq".

Xatırladaq ki, Deşam 2012-ci ilin yayında Loran Blanın yerinə təyin edilib.


Xəbər xətti