Premyer Liqanın iki oyunu canlı yayımda

17:45 12 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXII turunun iki oyunu canlı yayımlanacaq.

 

Sportarena.az  xəbər verir ki, "Qəbələ" - "Neftçi" və "Qarabağ" - "Simurq" oyunları "İdman Azərbaycan" vasitəsilə azarkeşlərə canlı təqdim olunacaq.

 

Əyalətdəki oyun saat 15:00-da, paytaxtdakı qarşılaşma isə 17:00-da başlayacaq.


Xəbər xətti