"Qəbələ" qapıçısından, "Sumqayıt" hücumçusundan məhrum oldu

11:21 13 Fevral 2015

Azərbaycan  Premyer Liqasında həftəsonu keçiriləcək 22-ci turunda cəza üzündən oynaya bilməyəcək futbolçular məlum olub.

 

Sportarena.az xəbər verir ki, iki futbolçu cəza səbəbindən turu buraxmalı olacaq.

 

Bu oyunçulardan biri “Qəbələ”nin ukraynalı qapıçısı Dmitri Bezotosnıdı. O, ötən turun “Simurq”la matçında sonuncu ümid foluna görə qırmızı vərəqə aldığı üçün “Neftçi” önünə çıxmayacaq.

 

“Sumqayıt” isə Tarzin Cahangirovun xidmətindən məhrum olub. Buna səbəb gənc oyunçunun 4-cü sarı vərəqə almasıdır. “Bakı” ilə görüşdəki xəbərdarlıq onun AZAL-la matçda meydana çıxmasına imkan verməyəcək.

 


Xəbər xətti