Siqaret çəkən ulduz futbolçular: Messi, Neymar, Zidan... – FOTO + VİDEO

14:50 13 Fevral 2015

“Arsenal”ın yarımmüdafiəçisi Cek Uilşir yenidən siqaret çəkərkən paparassilərin hədəfinə tuş gəlib.

Sportarena.az xəbər verir ki, bir neçə ay əvvəl gecə klubunda siqaret çəkən zaman görünən futbolçu bu dəfə oxşar vəziyyətdə şəkil çəkdirib.

Xatırladaq ki, Voyçex Şesninin "Southampton"la qarşılaşmadan sonra siqaret çəkməsinə görə baş məşqçi Arsen Venger onu heyətdən kənarlaşdırmışdı. Qapıçı həmin matçdan sonra start heyətində meydana daxil olmayıb. Venger bundan sonra siqaret çəkən futbolçuları mövsümün sonuna kimi əvəzedici heyətə göndərəcəyi barədə xəbərdarlıq da etmişdi. 

Qeyd edək ki, futboolçulardan siqaret çəkənlər heç də az deyil. Hətta onların arasında Balotelli, Pol Qaskoyn, Neymar, Buffon, Runi, Zidan kimi ulduzlar da var.

Beləliklə, siqaret çəkərkən tutulan futbolçularla bağlı videimaterialı təqdim edirik:

 


Xəbər xətti