"Sumqayıt" iki futbolçu transfer edib

17:13 13 Fevral 2015

Əvəzedicilərin çempionatında növbəti turda doğma arenada AZAL-la qarşılaşcaq "Sumqayıt" əvəzedici komandası iki futbolçu ilə güclənib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, akademiyanın üzvü 1999-cu il təvəllüdlü Ərziman Rizvanov və son olaraq AZAL-da çıxış etmiş 1994-cü il təvəllüdlü Ruslan Sorokin "kimyaçılar"la 2 illik müqavilə imzalayıb.


Qeyd edək ki, "Sumqayıt"la AZAL-ın əvəzedici komandaları fevralın 14-də saat 13:00-da "Kapital Bank Arena"da üzə-üzə gələcək.

 


Digər xəbərlər

Xəbər xətti