"Çelsi"nin yeni transferi: "Premyer Liqada sürətli oynamaq əsasdır"

22:28 13 Fevral 2015

"Çelsi"nin yeni transferi Xuan Kuadrado debüt matçında "Everton" üzərində qazanılan qələbəyə şahidlik etdi.

 

Sportarena.az xəbər verir ki, kolumbiyalı futbolçu İtaliya və İngilərə liqaları arasındakı fərqi açıqlayıb.

 

"İtaliya və İngiltərə çempionatları arasındakı fərq budur ki, A Seriyası daha çox taktikaya üstünlük verir. Premyer Liqada  sürətli oynamaq əsasdır. Dumanlı Albionda müdafiədən hücuma keçmək daha tez baş verir. "Çelsi"də özümü əla hiss edirəm. Dünyanın ən yaxşı klubu və məşqçilərindən biri ilə çalışıram. "Stenford Bric"də debüt matçını keçirdiyim üçün sevinirəm. İlk iki oyunum çətin olsa da, komanda xal qazana bildi".

 


Digər xəbərlər

Xəbər xətti