İtaliya A seriyasında yeni qol texnologiyası

00:54 14 Fevral 2015

2015/2016 mövsümdən etibarən İtaliya A seriyasında yeni qol xətti texnologiya sistemindən istifadə edəcək.

 

Sportarena.az xəbər verir ki, sözügedən ölkənin futbol klublarının rəhbərləri bu sistemin tətbiqinə səs veriblər.

 

Hər stadionda sistemin quraşdırılması təxminən 170 min avro dəyərində olacaq. Hansı sistemdən istifadə olunacağı isə xüsusi komissiyadan keçəndən sonra açıqlanacaq.

 

Qeyd edək ki, ilk dəfə 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında tətbiq edilən qol xətti texnologiya sistemi İngiltərə Premyer Liqasındada istifadə olunur.

 


Xəbər xətti