Millimizin rəqibi Portuqaliya ilə qarşılaşacaq

11:30 14 Fevral 2015

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda yer alan İtaliya yığması iyunun 16-da yoldaşlıq görüşü keçirəcək.

 

Sportarena.az xəbər verir ki, “Skuadra Adzurra” həmin tarixdə Qətərdə Portqaliya yığması ilə üz-üzə gələcək.

 

Bu məlumatı Portuqaliya Futbol Federasiyasının rəsmi saytı da təsdiqləyib. Qarşılaşma Doha şəhərində, şeyx Cassim ibn Həmədin adını daşıyan stadionda baş tutacaq.  

 

Qeyd edək ki, bu stadionda əvvəllər “Napoli” və “Yuventus” klublarının iştirakı ilə İtaliya Superkuboku görüşü keçirilib. 

 


Digər xəbərlər

Xəbər xətti