İtaliyalı ulduz futbolçu futboldan gedir?

12:45 14 Fevral 2015

İtaliya millisinin hücumçusu Antonio Kassano karyerasını başa vura bilər.

Sportarena.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlamasında bildirib.

"Parma"dan ayrıldıqdan sonra klubsuzam. Ailəm Parmada xoşbəxtdir və mənim futbol oynamamağımdan razıdır. Buna görə də karyeramı başa vura bilərəm. Ancaq buna hələ qərar verməmişəm".

Qeyd edək ki, 32 yaşlı futbolçu ötən ay maaşını ala bilmədiyi üçün "Parma" klubundan ayrılıb.  

 


Digər xəbərlər

Xəbər xətti