Sumqayıtda qolsuz sülh, "Neftçi" və "İnter" qalib gəldi

19:53 15 Fevral 2015

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları keçiriləcək.

Sportarena.az xəbər verir ki, turun bütün görüşləri bu gün baş tutacaq.

turun açılış matçında "Sumqayıt" və AZAL üz-üzə gələcək. Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 16:00-da veriləcək.

Günün digər qarşılaşması paytaxtda keçiriləcək. "İnter Arena"da "İnter" "Bakı"nı qəbul edəcək. Bu oyun saat 17:00-da başlayacaq. Lider "Qarabağ" öz meydanında "Simurq"u sınağa çəkəcək. Mövsümün ikinci yarısına qələbə ilə başlayan komandaların dueli maraqla gözlənilir.

Turun maraq doğuran digər oyunu Qəbələdə baş tutacaq. Burada yerli "Qəbələ" "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Son turda səfərdə "Simurq"a uduzan "Qəbələ" doğma meydanda 3 xal qazanmağa çalışacaq. Ötən turda "Xəzər Lənkəran"a qalib gələn "Neftçi" klubu da qələbənin ardını gətirmək niyyətindədir.

 


15 fevral (bazar)

Premyer Liqa, 22-ci tur

16:00. “Sumqayıt” – AZAL 0:0 (oyun bitdi)
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Xəlil Xəlilov
Sumqayıt şəhər stadionu.

 

17:00. “İnter” – “Bakı” 4:0 (Oyun bitdi)

Qollar: Baçana Sxadadze, 3 (P); Əfran İsmayılov, 6,38; Nildo,51

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vüsal Qənbərov, İnqilab Məmmədov
Bakı. “İnter Arena”.

18:00. “Qəbələ” – “Neftçi” 1:3 (Oyun bitdi)

Qol: Mendi, 10; Vobay,58, Denis Silva,75; Flavinyo,86

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu.

 


Xəbər xətti