Vaqif Cavadov oynamadı, komandası xal qazandı

00:01 16 Fevral 2015

Türkiyə PTT 1-ci Liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.

Sportarena.az xəbər verir ki, həmyerlimizin komandası doğma meydanda "Samsunspor"la qarşılaşıb. Oyun qolsuz başa çatıb. Cavadov matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Boluspor" hazırda 27 xalla 8-ci yerdə gedir.

 


Xəbər xətti