Nurlan Novruzov: "Kariyeramı başqa komandada davam etdirəcəm"

14:24 16 Fevral 2015

“Bakı” klubunun futbolçusu Nurlan Novruzov Sportarena.az saytına müsahibə verib:

 

- Məşqçiniz dünənki məğlubiyyətdən sonra futbolçuların ağladığını bildirmişdi. Məğlubiyyət bu qədər pis təsir etdi?

– Əlbəttə ki, təsir etdi. Nə qədər uduzmaq olar? Bu məğlubiyyətlərin bizə mənfi təsiri çoxdur.


- Komandanız hücum edir, amma qol vurmaqda çətinlik var. Siz də əvvəlki qədər qol vura bilmirsiz. Bu daha çox nə ilə əlaqədardır?
 

– İlk dövrədə nələrisə unudub oyuna çıxırdıq. İndi isə, artıq çox çətindir oyuna köklənmək. Bizim yerimizde kim olsa heç 15 dəqiqə də meydanda mübarizə aparmaz.

- Klubda maaşlarınızı ala bilirsinizmi?

Yox, hələ heç nə almamışıq.


- Növbəti oyunda nəyə ümüd edəcəksiz?

– Allaha...


- Komandanın vəziyyəti məlumdur. Əgər klubunuz aşağı liqaya düşərsə, Premyer Liqada çıxış edən başqa komandaya keçəcəksinizmi? Ümumiyyətlə, bu yöndə təkliflər olub?

– Əlbəttə ki, kariyeramı başqa komandada davam etdirəcəm.


- Çempionatda ən çox qol vuran yerli futbolçulardansız. Prosineçki sizi bu kefiyyətə görə milliyə dəvət edə bilər. Özünüzü millidə oynamağa hazır hiss edirsiz?

– Qərar baş məşqçinindir və buna hörmətlə yanaşacam. Çağırsa da, çağırmasa da, başa düşürəm ki, mənim milli komandada uğur qazanmaq vaxtımdır.

 

Rahim Şaliyev

 


Digər xəbərlər

Xəbər xətti