Qumarxana şəhərində ən bahalı “oyun”: 217 milyon xərclənəcək

15:33 16 Fevral 2015

Menni Pakyao və Floyd Mayvezer yeni rekord müəyyənləşdirmək üçün rinqə çıxacaqlar. 

 

Sportarena.az xəbər verir ki, matçın mükafatı təxminən 217 milyon avroya başa gələcək. Qarşılaşma heç bir problem olmasa, mayın 2-nə planlaşdırılır.

 

Pakyaonun bu “qanlı döyüş” üçün tətbiq olunmuş müqaviləni imzaladığı deyilir. Dünyanın ən çox qazanan idmançısı kimi tanınan Floyd Mayvezer isə müqaviləni yaxın günlərdə imzalayacaq.

 

Qumarxanaları ilə məşhur olan Las-Vegasda keçiriləcək matç üçün rekord səviyyədə ödəniş olacaq. Floyd Mayvezer 217 milyon avro mükafatın 60 fazini, Pakyao isə 40 faizini alacaq.

 


Digər xəbərlər

Xəbər xətti