"Qarabağ" rəsmisi: "Oyunun ikinci dəfə keçirilməsi qərarı olarsa..."

17:21 16 Fevral 2015

Sabah Cenevrədə “Qarabağ” klubunun apelyasiya şikayətinə baxılacağını xəbər vermişdik.

“Qarabağ” klubunun icraçı-direktoru Əmrah Çəlikəl bu barədə Sportarena.az saytına açıqlama verib:

“Vəkilimiz bu gün Cenevrəyə yola düşdü, sabah orada olacaq və həmin məhkəmədə iştirak edəcək. UEFA-dan asılı olan məsələlər çoxdur. Düzünə qalsa, biz ən çox hakimin cəzalanmasına ümüdlüyük. Oyunun ikinci dəfə keçirilməsi qərarı olarsa, bizim üçün böyük sürpriz olar. Əsas odur biz haqqımızı tələb edirik və hansı yolnan olursa olsun UEFA-dan bu haqqımızın qaytarılacağına inanırıq”. – deyə Çəlikəl saytımıza bildirib.

 

Çəlikəl həmçinin, “Qarabağ” avrokuboklara vəsiqə qazanarsa komandaya yeni oyunçuların da gəltirilə biləcəyinə işarə vurub:

“Yeni oyunçuların gətirilməsi ilə bağlı tələb baş məşqçidədir. Hansısa oyunçunu istəsə gətirməyə çalışacayıq”.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti