Ufuk Budak oynadı, Cəmşid Məhərrəmov baxdı

23:17 16 Fevral 2015

Türkiyə PTT 1-ci liqasında 20-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" doğma meydanda millimizin müdafiəçisi Ufuk Budaklı "Qaziantep BB" klubunu qəbul edib.

 

Qarşılaşma 3:2 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Ufuk sonadək mübarizə aparıb. Cəmşid isə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Adanaspor" hazırda 25 xalla 12-ci, "Qaziantep BB" 20 xalla 14-cüdür.

 


Xəbər xətti