"Qalatasaray" və "Beşiktaş" qələbə qazandı

00:13 17 Fevral 2015

Türkiyə Superliqasında XX tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ilk oyun gününə 3 qarşılaşma baş tutub.

 

Turun açılış matçında "Karabükspor" və "Kasımpaşa" üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib - 0:0.

 

Günün digər matçında "Akhisar" doğma publika önündə "Ərciyəsspor"u qəbul edib. Meydan sahibləri minimal hesablı qələyəyə sevinib.

 

"Fənərbaxça" səfərdə "Qaizantepspor"un qonağı olub. İstanbul klubu rəqibinə divan tutub.

 

Beləliklə, Qaizantep təmsilçisini 0:5 hesabı ilə məğlub edən İsmayıl Kartalın komandası müvəqqəti də olsa, ilk pilləyə yüksəlib.

 

Trun II günü “Beşiktaş” “Bursaspor”u, “Trabzonspor” “Başakşəhər”i sınağa çəkib. Hər iki görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

 

Turun son oyun günündə “Qalatasaray” öz meydanında autsayder “Balıkəsirspor"u,“Əskişəhərspor” isə səfərdə “Gənclərbirliyi”ni məğlub edib.

 

 

Türkiyə Superliqası

XX tur

14 fevral

“Karabükspor” – “Kasımpaşa” – 0:0

 

“Akhisar” – “Ərciyəsspor” – 1:0

Qol: Ferreyra, 75

 

“Qaziantepspor” – “Fənərbaxça” - 0:5

Qollar: Emenike, 7, Kuyt, 58, Sou, 60; 68, Əmrə, 72-pen

 

15 fevral

“Konyaspor” – “Sivasspor” - 0:1

Qol: Taouil, 49

 

“Rizəspor" – “Mersin İdmanyurdu” - 0:4

Qollar: Futaks, 7; 86, Nakoulma, 49; 90

 

“Beşiktaş” – “Bursaspor” - 3:2

Qollar: Demba Ba 23; 90+4-pen, Törə, 87  - Bakambu, 12, Tufan, 90+1

 

“Trabzonspor” – “Başakşəhər” - 3:2

Qollar: Ekici, 14, Yılmza, 24, Hurmacı, 53 – Təkdəmir, 18, Viska, 26

 

16 fevral

 

“Gənclərbirliyi” – “Əskişəhərspor” - 1:2
Qollar: Stanku, 7 - Toko, 44;  Funes, 49

 

“Qalatasaray” – “Balıkəsirspor” - 3:1

Qollar:  Şedju, 16; Sneyder, 26;  Yılmaz, 31 - Zek, 79

 


Digər xəbərlər

Xəbər xətti