"Qəbələ"nin futbolçusu millinin heyətindən kənarlaşdırıldı

10:30 17 Fevral 2015

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq. 

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız bu gündən fevralın 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək. “Qəbələ” klubundan yığmaya çağırılmış Qismət Əliyev zədəli olduğu üçün toplanışda iştirak edə bilməyəcək.

 


Digər xəbərlər

Xəbər xətti