Futbolçu qan xərçənginə tutuldu

11:10 17 Fevral 2015

İngiltərə Çempionşipində mübarizə aparan “Uiqan” klubunun honduraslı futbolçusu Xuan Karlos Qarsiya ağır xəstəliyə tutulub.

 

 

Sportarena.az xəbər verir ki, Mançesterdəki “Kristie” xəstəxanasında müayinədən keçdikdən sonra 27 yaşlı müdafiəçinin qan xərçənginə tutulduğu üzə çıxıb.

 

 

“Uiqan” rəhbərliyində yer alan Conatan Cekson açıqlamasında Qarsiyanın sağalması üçün əllərindən gələni edəcəklərini bildirib: “Bu xəbər həm bizim, həm də ailəsi üçün şok oldu. Həkimi ilə danışdıq. Qarsiyaya dəstək olmaq üçün Hondurasdan anası, bacısı və həyat yoldaşını xəstəxanaya gətirdik. Karlosun yanına tez-tez baş çəkirik. Əhvalı yerindədi. Ümid edirəm ki, qısa zamanda yaxşılaşıb, yanımıza qayıdacaq”.

 

 

Qeyd edək ki, 2013-cü ildən “Uiqan”ın formasını geyinən Qarsiya 2009-cu ildən Honduras yığmasının şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti