PSJ ilə matç öncəsi "Çelsi"də ciddi itki

12:00 17 Fevral 2015

"Çelsi"nin futbolçusu Sesk Fabreqasın xəstələndiyi üçün PSJ ilə oyunda iştirak etməyəcəyi xəbərini vermişdik.

 

Sportarena.az xəbər verir ki, bu itkidən sonra "mavilər"in azarkeşləri daha bir xəbərə üzülüb. Belə ki, klubun rəsmi saytı Con Obi Mikelin adının iştirak ərizəsinə salınmadığını yazıb. Səbəb isə futbolçunun zədəli olmasıdı.

 

Qeyd edək ki, sözügedən oyun bu gün Bakı vaxtı ilə saat 23:45 başlayacaq.

 


Xəbər xətti