İlyas Səfərzadə - "Neftçi" 15:4 - TƏHLİL

12:20 17 Fevral 2015

İlyas Səfərzadə – “Neftçi” 15-4 (Təhlil)

Bir neçə gün öncə “Neftçi” ilə səfər matçında məğlub olsa da, əsasən gənclərdən təşkil olunan “Xəzər Lənkəran” sərgilədiyi əzmkar oyun ilə idman ictimaiyyətinin diqqətini çəkdi. Gənc futbolçu İlyas Səfərzadə bəlkə də oyunun ən yaxşısı idi.

Sportarena.az sizə futbolçunun oyununun təhlilini təqdim edir6 

 3-cü dəqiqə. “Neftçi”nin başladığı sürətli əks-hücumda ustalıqla “korpus” fənni ilə Araz Abdullayevi zərərsizləşdirən İlyas, rəqibin topu itirməsinə səbəb olur.

 

 7-ci dəqiqə. “Xəzər Lənkəran”ın hücumu zamanı İlyas cəld hərəkəti ilə Araz Abdullayevi aldadsa da, “Neftçi”nin futbolçusu İlyasın ayağına yalnız açıq zərbə endirməklə fol hesabına onu dayandırır. Hakim qayda pozuntusu qeydə alsa da Araza vərəqə göstərmir.

 

 9-cu dəqiqə. İlyas “Neftçi”nin Rəhman Hacıyevlə davam edən sürətli hücumunun qarşısını alır.

 

9-cu dəqiqə. “Neftçi”nin sağ cinahdan davam edən hücumunda İlyas, rəqib futbolçunun “Xəzər Lənkəran”ın cərimə meydançasına ötürmə verməsinə mane ola bilmir.

 

11-ci dəqiqə. Rəqibin hücumu zamanı heç kəsin gözləmədiyi halda meydanın mərkəzində cəld sıçrayışla topu qazanan İlyas, sürətli əks-hücuma başlasa da, rəqib müdafiəçi Elvin Yunuszadə yalnız onun ayağına zərbə endirməklə futbolçumuzu dayandırır və sarı vərəqə ilə cəzalandırılır.

 

 16-cı dəqiqə. “Neftçi”nin sağ kənardan reallaşan hücumu zamanı İlyas Səfərzadə rəqibi Araz Abdullayevi fol hesabına dayandırır.

 

 19-cu dəqiqə. Rəqibin sağ cinahdan hücumu zamanı İlyas, Araz Abdullayevdən topu “oğurlayaraq” komandasının sürətli əks-hücumunu başladır.

 

 20-ci dəqiqə. “Neftçi”nin başlayan əks-hücumunda Arazdan növbəti dəfə topu “oğurlayan” İlyas, onu zərərsizləşdirərək rəqib qapıya doğru zərbə endirir.

 

 24-cü dəqiqə. Top “Neftçi”də ikən rəqibi Məqsəd İsayevə pressinq edən İlyas, onu səhv etməyə məcbur edir və topu qazanaraq əks-hücuma keçir.

 

25-ci dəqiqə. “Neftçi”nin sürətli hücumunda Araz Abdullayevlə çiyin-çiyinə mübarizədən qalib ayrılan İlyas, rəqibini səhv etməyə və topu itirməyə məcbur edir.

 

 28-ci dəqiqə. “Neftçi”nin sağ cinahdan növbəti hücumunda Araz Abdullayevin cərimə meydançasına verdiyi ötürməyə ayaq qoyan İlyas, təhlükəli hücumun qarşısını alır.

 

44-cü dəqiqə. “Xəzər Lənkəran”ın sol cinahdan hücumu zamanı İlyas Səfərzadə, Araz Abdullayevdən cəld bir hərəkətlə sıyrılaraq növbəti dəfə onu məğlub edir, rəqib isə onu yenə kobud hərəkətlə fol hesabına dayandırır. Cərimə zərbəsi təyin olunsa da hakim rəqib “7” nömrəyə yenə vərəqə göstərmir. “Neftçi”nin baş məşqçisi isə Arazın öz cinahında İlyasla heç cür bacarmadığını görərək onu ikinci hissədə əvəzləməyə məcbur olur.

 

 45-ci dəqiqə. Rəqibin mərkəzdən hücumu zamanı verilən uzun ötürməsində İlyas topu ayağının altından buraxaraq səhvə yol verir.

 

 51-ci dəqiqə. “Neftçi”nin cərimə zərbəsindən sonra qapıçı meydançasında yaranan qarışıqlıqda topu uzaqlaşdıraraq təhlükəni sovuşdurur.

 

55-ci dəqiqə. Rəqibin cinah hücumunda sürəti hesabına Samir Məsimovu qabaqlayan İlyas, topa sahib çıxmaqla rəqibin hücumunun qarşısını alır.

 

 76-cı dəqiqə. İlyas oyundakı nadir səhvlərindən birini edərək rəqibin cinah hücumunda cərimə meydançasına verilən təhlükəli ötürməsinə mane ola bilmir.

 

 80-ci dəqiqə. Rəqibin sürətli hücumunda Rauf Əliyevi qabaqlayan gənc müdafiəçi onun önünü kəsərək topu qazanmaqla hücumu zərərsizləşdirir.

 

 81-ci dəqiqə. “Neftçi”nin hücumunda İlyas növbəti dəfə düzgün mövqe seçməklə Rauf Əliyevin qarşısını kəsərək topa sahib olur.

 

 87-ci dəqiqə. Hava hücumunda üstün oynayan Səfərzadə, növbəti dəfə rəqibin hücumunun qarşısını kəsir.

 


Xəbər xətti