Reynaldo "Simurq" sindromunu qırdı, "Qarabağ"ın 5 oyunluq qələbə seriyası

13:00 17 Fevral 2015

"Qarabağ" FK-nın mətbuat xidməti komanda haqqında maraqlı statistika dərc edib.

 

Sportarena.az həmin araşdırmanı təqdim edir:

 

"Qarabağ" Premyer Liqanın XXII turunda "Simurq"u qəbul etdi. Qış fasiləsindən sonra uğurlu qrafik cızan Zaqatala təmsilçisi "Qarabağ"a cari ildə ilk xal itkisini yaşatmaq niyyətində idi. "Qarabağ"ın "Simurq"la qarşılaşmalarının hər zaman çətin keçdiyini nəzərə alsaq bu oyunda istənilən açıq olduğunu görmüş olardıq. İlk dövrədə mərkəzi Arenada baş tutan qarşılaşmada Vüqar Nadirovun qolu yeganə olmuş, Zaqataladakı qarşılaşmada isə "ağ-göylər" meydandan 3:2-lik qələbə ilə ayrılmışdı.

 

Ötən tur AZAL-la baş tutan oyunla  müqayisədə Ağdam təmsilçisinin heyətində cəmi 1 dəyişiklik vardı. Sağ cinah vinger mövqeyində Vüqar Nadirovu Namiq Ələsgərov əvəzləmişdi.

 

Oyun haqqında bunu deyək ki, gərgin qarşılaşmadan Ağdam təmsilçisi 1:0-lıq qələbə ilə ayrıldı. Reynaldo Namiqdən ötürməni geri alıb şıq zərbəylə komandaya qələbə qazandıran qolu vurdu.

 

Bu oyun və qələbə ilə bağlı bir sıra maraqlı məqamlar oldu ki, onu da diqqətinizə çatdırmaq istərdik.

 

 

"Qarabağ" "Simurq" üzərində  cari birinclikdə keçirilmiş  3 oyunda qələbə qazanmaqla ən uğurlu seriyasını qurdu. Amma qeyd edək ki, AZAL-la da keçirilmiş hər 3 görüşdə Ağdam təmsilçisi meydandan 3 xalla ayrıla bilib.  

 

 

"Qarabağ" bu qələbə ilə çempionatda 13-cü qələbəsini qazanmaqla, ardıcıl 5-ci oyunda da xal itirmədi. Başqa sözlə komanda 5 oyunluq qələbə seriyasına malikdi.

 

 

Komanda sonuncu dəfə Dekabrın  14-ündə, 16-cı turda "Qəbələ"ylə oyunda xal itirib. Belə də Ağdam təmsilçisi 66 gündür məğlubiyyətin nə olduğunu bilmir. Komanda  bu dönəmdə `Xəzər-Lənkəran` 3:2, `Sumqayıt` 2:0, `Bakı` 4:1, AZAL 1:0, `Simurq` 1:0-u  məğlub edib.

 

Komanda cari 1-cilikdə 2-ci dəfə 5 qələbəlik seriya "tutdu"`. Daha öncə 5-9 turlar arasında AZAL 3:0, "Simurq" 1:0, "Neftçi"` 3:1, "Qəbələ" 2:0, Xəzər-Lənkəran` 3:2 məğlub edilmişdi.

 

 

"Simurq"la oyunda yeganə qola imza atan Reynaldo unikal göstəriciyə imza atıb. Belə ki, ötən mövsümün bombardiri premyerliqadakı bütün klublara qol vursa da (ötən mövsüm premyerliqada olan "Rəvan"da da daxil olmaqla) sadəcə, "Simurq"u məyus edə bilməmişdi. Braziliyalı forvard sonuncu qarşılaşmada fərqlənməklə  "Simurq" sindromuna son qoydu.  

 


Digər xəbərlər

Xəbər xətti