AFFA Nazim Süleymanovun yubileyini təbrik edib

13:47 17 Fevral 2015

Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, futbolçu karyerası ərzində bir çox nailiyyətlər qazanmış, təkcə ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da tanınan, futbol mütəxəssislərinin yüksək dəyər verdiyi, oyunu ilə azarkeşlərin yaddaşında silinməz izlər qoymuş Nazim Süleymanovun 50 yaşı tamam olur.  

 

Sportarena.az xəbər verir ki, əlamətdar yubileyi ilə əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Nazim Süleymanovla görüşüb, assosiasiyanın prezidenti Rövnəq Abdullayevin və ölkəmizin futbol ictimaiyyətinin adından onu təbrik edib, cansağlığı, uzun ömür, Azərbaycan fubolunun inkişafında yeni-yeni nailiyyətlər arzulayıb. Baş katib üzərində Nazim Süleymanovun adı yazılmış Azərbaycan milli komandasının 50 nömrəli futbolkasını yubilyara təqdim edib.

N.Süleymanov səmimi təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirib.

 


Xəbər xətti