PSJ-dən hiyləgərlik: Hakimi belə aldatdılar - FOTO

17:37 18 Fevral 2015

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilmiş PSJ - "Çelsi" oyununda maraqlı hadisə baş verib.

 

Sportarena.az "Hürriyyət" qəzetinə istinadənxəbər verir ki, matçın ilk hissəsində PSJ qazandığı cərimə zərbəsi zamanı hakimi aldadıb.

 

Cərimə nöqtəsinə yaxınlaşan Zlatan İbrahimoviç və David Luis matçın baş hakimi türkiyəli Cüneyt Çakıra və rəqib komandanın oyunçularına qarşı hiylə işlədib.

 

Belə ki, D.Luis hakimin topun yerini müəyyənləşdirmək üçün sıxdığı spreyi əli ilə silərək topu təxminən 30 santimetr sol tərəfə çəkib.

 

Qeyd edək ki, PSJ - "Çelsi" matçı 1:1 hesabı ilə başa çatıb.

 


Digər xəbərlər

Xəbər xətti