Azərbaycanlı idman jurnalisti Ukrayna mətbuatına danışdı - MÜSAHİBƏ

23:20 18 Fevral 2015

Jurnalist Erkin İbrahimov Ukraynanın football.ua saytına müsahibə verib. Maraqlı fikirlər səsləndirən həmkarımız "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla bağlı çoх sərt fikirlər bildirib.

 

Sportarena.az sizə müsahibənin maraqlı hissələrini təqdim edir.

 

 

- Azərbaycanlı jurnalistlər hər zaman sərtliyi ilə seçilir?

- Suala sualla cavab verim: Ukrayına futbolunda elə bir legioner baş məşqçi olub ki, gələn kimi ardıcıl 3 oyunda məğlub olsun? Yoxsa Azərbaycanda bu cür "nailiyyətə" görə hələ Qriqorçuku tərifləməlidilər?

 

 

- Bir tanış menecer deyib ki, Azərbaycan mətbuatı çox sərtdi və hətta gəlmə məşqçiləri alçaldır…

- Bəlkə elə xaricdən gələn səriştəsiz məşqçilər Azərbaycan futbolunu alçaldır? Son illərdə ölkə rəhbərliyi futbola böyük sərmayələr qoyur, lakin nəticələrdə böyük irəlləyiş müsahidə olunmur. Təbii ki burda klubların qeyri-peşəkarlığın da təsiri var. Lakin xarici məşqçilərin də günahı çoxdur. Gəlmə məşqçilər elə bilir ki, Azərbaycanda çalışmaq asandı, bizə yuxarıdan aşağı baxır. Hərə öz tanış menecerləri vasitəsi ilə keyfiyyətsiz oyunçuları gətirir, sonra da klublardan kompensasiya alaraq geri dönür.

 

 

 

- "Qəbələ"nin problemi nədi?

- Klubu idarə edənlərin futboldan başı çıxmır. Yoxsa hər 6 aydan bir məşqçi dəyişməzdilər. Onlar klubu idarə etmir, elə bir "Binqo" oynayır. Elə bilirlər ki, yeni gələn məşqçi bütün problemləri düzəldəcək. Strategiyası olmayan bir klubdu.

 

 

- Bəs konkret Qriqorçukun səhvləri nədən ibarətdi?

- Qriqorçuk kimilər futbolun keçmişidi, sovet futbolunun qalıqlarıdı. Heç bir Avropa ölkəsində elə olmur ki, məşqçi özü ilə 4 oyunçu gətirsin. Bu cür xallar Sovet futbolunda olub. Misal üçün, Beskovun bir qrup sevimli futbolçuları olub, elə hara gedirdi onları özü ilə dartırdı. Müasir futbolunda bu mümkün deyil. Bu sxemlər bizə tanışdı - yalnız 1 menecer ilə çalışan, süni monopoliya yaradan məşqçi. Syomin də bu cür işləyib, Muntyanu da. Ondan başqa Qriqorçuk harda olduğunu hələ də anlamayıb. Azərbaycan Latviya deyil. Ola bilsin Qriqorçuk "Dauqava" klubunda uğurlu olub, lakin Dauqava kiçik bir çaydı, bura isə Xəzər dənizinin sahilində yerləşən böyük bir ölkədi. Burda yeraltı qayalar çoxdu və Azərbaycan futbolunda Qriqorçukdan da adlı-sanlı məşqçilər batıb. 

 

 

- Sizcə, Qriqorçuk seleksiya işində də səhvlərə yol verib?

- Təbii ki. Qriqorçuk müdrik məşqçi deyil. Axı o "Qarabağ"ın "Dnepr"ə qarşı oyunları izləyib. Hər halda "Qarabağ" da, "Dnepr" də "Çernomorets"dən güclü komandalardı. Əgər "Qarabağ" gedib səfərdə "Dnepr"i məğllub edirsə, deməli, bu ölkədə futbol var. İnandırım sizi, Sivakov, Qay, Fomin "Qarabağ" səviyyəsində deyil. Qriqorçuk top-komanda düzəltməyə gəlibsə, ilk öncə Azərbaycanın ən güclü klubuna fikir verməli idi. "Qəbələ"nin maliyyə durumu da imkan verir ki, oyunçulara "Qarabağ"dan çox maaş versinlər. Axı bura Fominin yeri deyil. Sual verəndə də baş məşqçi deyir ki, Fomin çox qol vuran deyil, lakin komanda oyununda faydalı olan forvardı. Hansı komanda oyunu? Bir aya komanda oyunu düzəltmək olar? Baxsın "Qarabağ"da hansı legionerlər çıxış edir. Azərbaycan çempionatında yalniz texniki baxımdan seçilən futbolçular uğurlu ola bilər.

 

 

- Bir sözlə, sizin fikrinizcə Qriqorçuk zəif məşqçidi…

- Təbii ki. Bir adam ki, sürəti olmayan Ruslan Abışovu cinaha qoyur, nominal hücümçu olan Bəxtiyar Soltanovu isə müdafiənin sağ cınahına! Bununla da Qriqorçuk oyunu uduzdu. "Neftçi" məhz cinahlarda istədiyini edirdi. Sual verirəm, Qriqorçuk Antalyada 1 ay ərzində nə ilə məşğul idi? Nəyə görə hələ də oyunçularını tanımır? Hücumçunun müdafiədə nə işi var? "Neftçiyə oyunu məhz məşqçi uduzdu.

 

 

- Bu arada fevralın 27-də Ukrayına liqası bərpa olunur…

- Bir komandada Qriqorçuka yer saxlayın. Ayın 27-nə kimi olmasa, aprelin 1-nə qədər qayıdacaq. "Neftçi" ilə oyundan sonra məsuliyyəti öz üzərinə götürmək əvəzinə, heç nə olmamış kimi özunu aparırdı. İstənilən çempionatda ardıcıl 3 məğlubiyyət istefaya yol açır. Qriqorçuk ən azı üzr istəməli idi. Hər halda o Azərbaycanın çörəyini yeyir. Onu tənqid etmək haqqımızdı.

 


Digər xəbərlər

Xəbər xətti