"Qəbələ" - "Xəzər Lənkəran" oyunu oyunu təxirə salına bilər: "Bəli, hazırda duman var..."

15:57 19 Fevral 2015

Daha öncə də xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində bu gün keçirilməli olan “Qəbələ” – “Xəzər Lənkəran” oyunu təxirə salına bilər.

 

Sportarena.az saytına açıqlamasında “Qəbələ” klubunun mətbuat katibi Anar Hacıyev məsələyə münasibət bildirib.  Hacıyev, açıqlamasında dumanın qatı olmadığını, oyunun keçirilib-keçirilməyəcəyi barədə qərarın hakim tərəfindən veriləcəyini qeyd edib:

 

“Son qərarı hakim verəcək. Bəli, hazırda duman var, amma bu futbol oynanılmasına mane olacaq səviyyədə qatı deyil. Oyunun keçirilməsinə hələ bir saat var və qəti bir söz demək olmaz”.


Xəbər xətti