"Qarabağ"da daha bir itki

14:24 20 Fevral 2015

"Qarabağ" daha bir legionerini itirib.

 

Sportarena.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov Leroy Corcun хidmətindən məhrum olub.

 

Belə ki, hollandiyalı oyunçu sarı vərəqə limitini doldurub. "Neftçi" ilə oyunun 90+1-ci dəqiqəsində hakimin icazəsi olmadan meydançaya daxil olduğu üçün sarı vərəqə alan Leroy cəzalı duruma düşüb. Bu səbəbdən o, XXIV turda "Qəbələ"yə qarşı oynamayacaq.

 

Qeyd edək ki, Leroy bundan əvvəl AZAL, "Bakı" və "İnter"lə oyunlarda sarı vərəqə almışdı.

 


Digər xəbərlər

Xəbər xətti