"İnter" rəsmisi qalmaqaldan danışdı: "Günahkar tərəf biz deyilik"

16:33 20 Fevral 2015

Dünən Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən AZAL – “İnter” oyunundan sonra futbolçular arasında dava düşdüyünü xəbər vermişdik.

 

Məsələ ilə bağlı “İnter” klubunun mətbuat katibi Səbuhi Məmmədov Sportarena.az saytına açıqlama verib:

 

“Baş məşqçi Kaxaber Sxadadze öz fikirlərində bir-çox məsələyə aydınlıq gətirdi. Təkrar həmin məsələlərə qayıtmaq istəmirəm. Günahkar tərəf biz deyilik. PFL günahkar tərəfi cəzlandırılmalıdır. Əgər, biz tərəfdə günahkar olarsa onunda cəzalandırılması ilə bağlı fikirləşə bilərik. Hərçənd ki, belə bir məsələ ortada yoxdur”.


Xəbər xətti