Türkiyə və İran məşqçiləri arasında qalmaqal

18:51 20 Fevral 2015

Hazırda İranın paytaxtı Tehranda davam edən yunan-Roma güləşi üzrə Dünya Kubokunda qalmaqal baş verib. 

 

Sportarena.az xəbər verir ki, 3-cü yer uğrunda mübarizədə Türkiyə və İran məşqçiləri arasında gərginlik yaranıb.

 

98 kq çəki dərəcəsində Mehdi Əliyari və Fatih Başköyün güləşində ikinci zədələnib. Nəticədə türkiyəli məşqçilərin meydana daxil olması iranlı həmkarlarının xoşuna gəlməyib və tərəflər arasında münaqişə yaranıb.

 

Hakimlərin müdaxiləsindən sonra ara sakitləşib və hər iki məşqçiyə sarı vərəqə göstərilib.

 


Digər xəbərlər

Xəbər xətti