"Qəbələ" "Qarabağ"la oyunöncəsi istirahətə çəkildi

00:36 21 Fevral 2015

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan  Premyer Liqasının 23-cü turunun "Xəzər Lənkəran"la oyunundan sonra futbolçularına istirahət verib.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın toplanışı ilə əlaqədar olaraq çempionatda yaranmış fasilədən yararlanan ukraynalı mütəxəssis yetirmələrini 2 günlük istirahətə buraxıb.

 

Komanda üzvləri fevralın 22-də bir araya gələcəklər.

 

Qeyd edək ki, "Qəbələ" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Həmin oyun fevralın 28-də keçiriləcək.

 


Xəbər xətti