İranda Azərbaycan bayrağı təhrif olundu - FOTO

12:45 21 Fevral 2015

Xəbər verdiyimiz kimi, dünən İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku başa çatıb.

 

Sportarena.az xəbər verir ki, yarışda qalib gələrək, dünya kubokunu başı üzərində qaldıran Azərbaycan yığmasının şərəfinə himnin oxunması və bayrağımızın qaldırılması zaman xoşagəlməz insident baş verib.

 

Belə ki, Azərbaycanın üçrəngli, aypara və səkkizguşəli ulduzdan ibarət bayrağı təhrif edilmiş formada təqdim olunub – bayrağımızda ulduz səkkizguşəli yox, beşguşəli kimi göstərilib.  

 

Həmin görüntüləri təqdim edirik.

 


Digər xəbərlər

Xəbər xətti