Millimizdə daha bir legioner: Bu dəfə Yamaykadan

18:39 21 Fevral 2015

Basketbol üzrə Azərbaycan millisinə daha bir əcnəbi basketbolçu cəlb olunur.

 

Sportarena.az xəbər verir ki, Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində 3x3 növü üzrə yığmaların heyətini formalaşdırmaqda olan federasiya qadın millisini yamaykalı Aneyka Henri ilə gücləndirib. 193 sm boya malik mərkəzi amerikalı hazırda İtaliyanın “Reyer Venetsiya” klubunun şərəfini qoruyur.

 

29 yaşlı basketbolçu bu ay keçdiyi İtaliya təmsilçisinədək Çinin “Qunqdonq Dolfins” komandasının formasını geyib. Aneykanın zəngin karyerasında qadınların Milli Basketbol Assosiasiyasında çıxışlar da var. Dünən ölkəmizə gələn idmançı Bakı-2015-də yığmamızın formasını geyəcək. Yamaykalıyadək ABŞ-dan olan Renara Tiffani Reys də milliyə cəlb edilmişdi. 

 


Xəbər xətti