Millimiz Benfikanı darmadağın etdi

22:09 21 Fevral 2015

Türkiyədə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qardaş ölkədə ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimiz İsveçrənin "Benfika" klubunun U-17 komandası ilə qarşılaşıb.

 

Görüş futbolçularımızın böyük hesablı qələbəsiylə başa çatıb.

 

Azərbaycan (U-16) - "Benfika" (U-17) - 9:0 (4:0)
Fərid Nəbiyev, 2 (1:0), Anil Cilas, 8 (2:0), Pilağa Mehdiyev, 20 (3:0), Bahadur Həziyev, 24 (4:0), Elvin İmanlı, 53 (5:0), İbrahim Qədirzadə, 57 (6:0), 62 (7:0), Elçin Əsədli, 63-pen. (8:0), 68 (9:0).

 

Fərid Nəbiyev matçın 45-ci dəqiqəsində penaltidən yararlana bilməyib.

 

Qırmızı vərəqə: Tural Acarlı (78) - Stefan Pereyro (45), Luis Passos (84).

 


Digər xəbərlər

Xəbər xətti