"Neftçi" daha bir futbolçusunu itirdi

12:58 23 Fevral 2015

Premyer Liqanın III turundan təxirə salınan AZAL - "Neftçi" matçı öncəsi "flaqmanlar"ın heyətində daha bir itki baş verib.

 

 

 

Sportarena.az xəbər verir ki, "Neftçi"nin gənc yarımmüdafiəçisi Rəhman Hacıyev zədələndiyi üçün bu matçı buraxmalı olacaq.

 

Qeyd edək ki, Rəhmanla birlikdə Mirhüseyn Seyidov da zədəli olduğu üçün matçda iştirak edə bilməyəcək. AZAL - "Neftçi" oyunu sabah saat 15:00-da "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

 


Xəbər xətti