"Sumqayıt" "Neftçi" ilə matça 7 futbolçusuz hazırlaşır

14:10 23 Fevral 2015

Premyer Liqanın son turunda səfərdə "Simurq"la heç-heçə edən (1:1) "Sumqayıt" Futbol Klubu iki günlük istirahəti başa vurub.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun komandası dünəndən etibarən "Kapital Bank Arena"da "Neftçi" ilə oyunun hazırlığına start verib. Komanda tam heyətlə hazırlaşa bilmir. Belə ki, 3 futbolçu Andrey Popoviç, Məhəmməd Qurbanov, Orxan Əliyev A millinin, Şahrudin Məhəmmədəliyev, Cəmil Hacıyev U-21-in və Budaq Nəsirovla Fərid Kərimzadə isə U-19-un düşərgəsində yer alır. "Kimyaçılar" səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb. "Sumqayıt" FK-nun növbəti məşqi isə axşam saat 16:30 başlayacaq.


Qeyd edək ki, "Sumqayıt" növbəti oyununu fevralın 28-də "Kapital Bank Arena"da "Neftçi"yə qarşı keçirəcək.

 


Digər xəbərlər

Xəbər xətti