"Real" azarkeşlərinə şad xəbər: Modriç qayıdır

16:11 23 Fevral 2015

Uzun müddətdir zədəli olan futbolçu komandası ilə məşqlərə başlayıb.

 

 

Sportarena.az xəbər verir ki, “Real Madrid” klubu xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçin zədəsini sağaltdığını və məşqlərə başladığını açıqlayıb.

Ulduz oyunçu, Xorvatiya və İtaliya oyununda zədələndikdən sonra yaşıl meydanlardan uzaq düşmüşdü.

Modriç komanda ilə məşqlərə qoşulmasına baxmayaraq məşq sonundakı taktiki hazırlığa qatılmadı.

 Qeyd edək ki, Modriçdən başqa zədəli olan futbolçular, Ceymis Rodriqes, Serxio Ramos, Sami Xedira və Fabio Koentrao hələ də məşqlərə qoşula bilməyib.


Xəbər xətti