Kompani "Barselona"dan danışdı: "Sehirli ayaqlara sahibdirlər”.

16:22 23 Fevral 2015

İngilis nəhənginin müdafiəçisi vacib matç öncəsi iddialı açıqlama edib.

 

“Mançester Siti” ilə “Barselona”nın qarşılaşacağı Çempionlar Liqası oyunundan öncə Vinsent Kompani rəqiblərindən qorxmadığını bildirib və əlavə edib ki, Barselona səfərinin “Stok Siti” ilə oyundan fərqi yoxdur.

 

Mətbuat konfransında danışan Kompani bunları deyib:

“Barselona”nın gücü hər oyuna çatacaq qədər çox deyil. Bəzən elə səfər oyunları olur ki, bundan daha ağır olur. “Stok Siti” ilə səfərdə qarşılaşdığımız kimi. Yaxşı oyunçulardan qurulmuş bir komandaya qarşı oynayacayıq. Son nöqtəni qoymaq baxımından daha sehirli ayaqlara sahibdirlər”.

 Qeyd edək ki, son olaraq “Yukasl Yunayted”i 5:0 məğlub edən “Mansçester Siti” “Barselona” ilə oyun öncəsi yaxşı əhvaldadır.


Digər xəbərlər

Xəbər xətti