Şükürov baş məşqçisiz qaldı

17:13 23 Fevral 2015

Milli komandamızın müdafiəçisi Mahir Şükürov baş məşqçisiz qalıb.

 

 

Sportarena.az xəbər verir ki, futbolçunun şərəfini qoruduğu "Karşıyaka" baş məşqçi Yusuf Şimşəklə yolları ayırıb.

 

Müqavilə qarşılıqlı şəkildə pozulsa da, təşəbbüskar Şimşək olub. O, "Antalyaspor"un "sükanı arxası"na keçib.

 

Qeyd edək ki, Şükürov məhz Şimşəkin təklifi ilə "Karşıyaka"ya keçmişdi. Klubun yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq.

 


Xəbər xətti