Rusiyalı idmançı yarış zamanı vəfat etdi

18:03 23 Fevral 2015

Rusiyalı biatlonçu Alina Yakimkina dünyasını dəyişib. 21 yaşlı idmançının vəfatına ürək çatışmazlığı səbəb olub.

 

Sportarena.az xəbər verir ki, A.Yakimkina fevralın 21-də Tümendə keçirilən Rusiya Kuboku zamanı vəfat edib. Həkimlər yarış zamanı özünü itirən idmançı qıza yardım etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb.

 


Xəbər xətti